Türk ekspert: Ermənistan Qərbin “təhlükəsizlik çətiri” altına sığınaraq özü üçün zəmanət təminatı yaratmağa çalışır

post-img

Fransanın hər zaman Ermənistanı dəstəklədiyi hamıya məlumdur. Lakin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı atdığı addımlar, səsləndirdiyi fikirlər bunun dəstəkdən daha çox bölgədəki sabitliyi pozmağa cəhdi olduğu açıq-aşkar görünür. Xüsusilə son dövrlərdə daha da möhkəmlənən Fransa-Ermənistan “birliyi”nin Vətən müharibəsindən sonraki illərdə rəsmi Parisin Rusiyadan dəstək görməyən İrəvandan istifadə edərək bölgədəki güc balansını pozmağa, regionda gərginliyi artırmaqla yeni qarşıdurma yaratmağa çalışdığını görməmək mümkün deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı Tunç Demirtaş söyləyib.

Apreli 5-də keçirilən Brüssel görüşünü dəyərləndirən ekspert bunu hər şeydən əvvəl Ermənistanın yeni “dayaq” axtarışı kimi qiymətləndirib. O deyib: “Artıq bölgədən dəstək görməyən Ermənistan bu şəkildə Qərbin “təhlükəsizlik çətiri” altına sığınaraq özü üçün zəmanət təminatı yaratmağa çalışır. Lakin Qərbin də Ermənistanın yanında olmaq istəyi aşkardır. Belə ki, hazırda Fransa Ermənistana verdiyi hərbi və iqtisadi dəstək həm onu cəsarətləndirməyə, həm bölgədə separatçılığı dirçəltməyə, həm də regional gərginliyi artırmağa xidmət edir. Təbii ki, bütün bunların fonunda bölgədəki sülhün, sabitlik pozulması riski də yaranır. Bu sülhün pozulması isə, ilk növbədə, Ermənistanın ziyanınadır. Təbii ki, hadisələrin belə gedişi Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, Türkiyə-Ermənistan əlaqələrinə də mənfi təsir göstərəcək”.

Siyasət