Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 16-da ümumi çəkisi 10,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 2,3 kiloqramdan artıq heroin, 7,7 kiloqrama yaxın marixuana, 640 qramdan çox metamfetamin, həmçinin 302 ədəd metadon həbindən ibarət olub.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ