Oğurlanmış avtomobillər sahiblərinə qaytarılıb

post-img

Aprelin 16-da Nərimanov rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 17-ci Polis Şöbəsinə məlumat daxil olub.  Xəbəri DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Allahverdiyev saxlanılıb. Avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 

Aprelin 14-də isə Yasamal rayonu ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Dadaşov avtomobillə saxlanılıb.

Araşdırmalarla O.Dadaşovun aprelin 5-nə keçən gecə Nəsimi rayonu ərazisində daha bir “Toyota” markalı avtomobildən mobil telefon və həmin avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlaması da müəyyən olunub.

Qeyd edilən dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən avtomobilin sahibinə qaytarılıb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər