Evi soyub, sonra da yandırıb

post-img

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evlərin birində yanğın baş verib. Nəticədə 150 kvm. sahədə yanar konstruksiyalar yanıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Ə.Bəşirli müəyyən olunaraq saxlanılıb.

Aprelin 15-də isə paytaxt sakini olan bir şəxsin bank kartından 5000 manatının oğurlanması barədə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən H.Fərəcli müəyyən olunaraq saxlanılıb. 

 

Hər iki fakt üzrə araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər