Aprelin 16-da Ukrayna xarici işlər nazirinin müavini İrina Borovets ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşüb.
Görüşdə İrina Borovets Ukraynanın enerji sisteminə və mülki infrastrukturun bərpasına göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, xüsusilə Ukraynayönlü təşəbbüslərin dəstəklənməsinə və hərbi cinayətlərin pislənməsinə, ukraynalı uşaqların qanunsuz deportasiyasına, Beynəlxalq Krım Platformasına və Qlobal Sülh Sammitinə diqqət yetiriblər.
Səfir Seymur Mərdəliyev Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP 29-a hazırlıqla bağlı məlumat verib. Səfir Azərbaycanın Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına bundan sonra da dəstək vermək əzmində olduğunu bildirib.
XQ