AMEA-da “Yeni tarixi dövr və milli ideya” müzakirəsi

post-img

Milli Elmlər Akademiyasında “Yeni tarixi dövr və milli ideya” mövzusunda müzakirə keçirilib.

Akademiyanın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanalla­rına müsahibəsi zamanı səsləndirdiyi “Bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır”, – sözlərini xatırladıb və bundan irəli gələrək bu istiqamətdə ilkin müzakirələ­rin keçirildiyini xatırladıb. Qeyd edib ki, həmin müzakirələr zamanı humanitar və ictimai elmləri təmsil edən 16 nüfuzlu alim mövzu barədə fikirlərini bildirərək bu istiqamətində 37 təklif səsləndiriblər.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, artıq akademiyada azərbay­cançılıq və ümummilli ideyalar əsasında metodoloji tədqiqatların aparılmasına başlanılıb. Azərbaycan tarixinin, ədə­biyyatının, incəsənətinin dövrləşdirilmə­si və inkişaf konsepsiyasının, eləcə də milli fəlsəfəmizin müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. O, Müstəqil Azərbaycan dövlətinin bun­dan sonrakı tarixi dövr üçün milli ideya­sının müəyyənləşdirilməsinin alimləri­mizin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliye­va, Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərte­gin Salamzadə, Qafqazşünaslıq İnstitu­tunun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın Tarix və Etno­logiya İnstitutunun direktoru professor Kərim Şükürov, akademiklər Möhsün Nağısoylu, Teymur Kərimli, Muxtar İma­nov, professorlar İlham Məmmədzadə, Əbülhəsən Abbasov, tarix elmləri dok­torları Eynulla Mədətli, Güllü Yoloğlu, fəlsəfə elmləri doktoru Füzuli Qurba­nov, Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev və başqaları çıxış edərək Azərbaycanın yeni tarixi dövr üçün yeni milli ideyası ilə bağlı təklif və müla­hizələrini səsləndiriblər.

XQ

Son xəbərlər