Xankəndidə yenə silah-sursat tapıldı

post-img

Xankəndi şəhəri ərazisində silah-sursatların aşkarlanması istiqamətdə işlər davam etdirilir. 

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot,  3 tüfəng, 8 qumbara, 6 alışdırıcı, 30 patron darağı, 1555 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər