Dünya Alpaqut Federasiyasının nümayəndə heyəti İraqda olub

post-img

İraq Respublikasının Gənclər və İdman Nazirliyinin, İraq Alpaqut Federasiyasının dəvətilə Dünya Alpaqut Federasiyasının nümayəndə heyəti Bağdada səfər edib. 9 mart 2024 cü ildə Bağdaddakı Qılqamış Universitetinin idman kompleksində Alpaqut döyüş sənəti üzrə texniki seminar, məşqçilər və hakimlər seminarı keçirilib. Seminar Alpaqut döyüş sənətinin qurucusu Vasif Namazov və onun assistenti Rafiq Qasımov tərəfindən təşkil olunub.

Martın 10-da isə İraq Olimpiya Komitəsində Alpaqut idmanı ilə bağlı təqdimat keçirilib. İraq Olimpiya Komitəsinin baş katibi Haitham Abdel Hamid Dünya Alpaqut Federasiyasının nümayəndələri salamlayıb. Təqdimat mərasimində Dünya Alpaqut federasiyası İdarə Heyətinin sədri Vasif Namazov, idarə heyətinin üzvü Rafiq Qasımov, DAF vitse-prezident Emil Rəhimov, İraq Alpaqut Federasiyasının vitse-prezidenti Mohammed Mohi Alpaqut idman növünün beynəlxalq arenada uğurlarından, gələcək layihələrindən söz açıblar. Sonra 9 mart seminarının iştirakçılarına sertifikatlar təqdim edilib. 

11 -12 martda İraq və Dünya alpaqut federasiyalarının nümayəndə heyətləri beynəlxalq yarış standartlarına cavab verən idman komplekslərinə baxış həyata keçirərək, növbəti illərdə Bağdadda Asiya çempionatının keçirilməsi barədə qərar qəbul ediblər. 

Dünya Alpaqut Federasiyasının nümayəndələrini martın 13-də İraqın Gənclər və İdman naziri Əhməd Əl Mubarka qəbul edib. Görüşdə gələcəkdə İraqda keçiriləcək beynəlxalq yarış layihələri müzakirə edilib. Nazir Alpaqut idman növünün İraqda inkişafı üçün hər zaman dəstək olduğunu, beynəlxalq yarışlara ev sahibliyi etməyə hazır olduğunu və bunun üçün bütün texniki problemlərin həllini öz üzərinə götürdüyünü bildirib.

Anar ƏLİ

XQ





İdman