Ələtdə hava limanı tikilir

post-img

Ələt Azad İqtisadi Zonasında bu gün istehsal müəssisələri ilə yanaşı, logistika mərkəzi və müasir standartlara cavab verən beynəlxalq karqo hava limanı da inşa edilir. Hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.

Aeroportun illik yükaşırma gücünün ilkin mər­hələdə 500 min ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Hava limanı, ilk növbədə, sözügedən iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə da­şınmasını təmin edəcək.

Qeyd edək ki, adıçəkilən iqtisadi zona üçün Bakı Beynəlxalq Dəniz Limanı yaxınlığında 719 hektar torpaq sahəsi ayrılıb.

XQ

Son xəbərlər