Cari ilin yanvar–fevral aylarında Azərbaycanın neft-qaz sektoruna 904,9 milyon manat həcmində vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 12,5 faiz artıb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft-qaz sektoruna 6 milyard 265,5 milyon manat həcmində vəsait yönəldilib. Bu da əvvəlki ilə nisbətən 10,9 faiz çoxdur.
XQ