Dostlar, qardaşlar, strateji müttəfiqlər

post-img

Martın 7-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb.

Görüşdə ölkələrimizin bütün səviy­yələrdə strateji müttəfiqlik münasibətlə­rinin daha da genişləndirilməsi istiqamə­tində səylərdən məmnunluq ifadə olunub. 

Nazir Ceyhun Bayramov Antalya Dip­lomatiya Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşüb, Türkiyə – Azərbaycan Universitetinin yara­dılması istiqamətində qərarın iki ölkə ara­sında təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb. 

Azərbaycanın əsas xarici siyasət prio­ritetlərindən olan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə tədbirlərin intensivliyi­nin artırılmasının, yeni çoxtərəfli təşəb­büslərin irəli sürülməsinin əhəmiyyəti qeyd olunub. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və bey­nəlxalq məsələlər ətrafında fikir müba­diləsi aparılıb.

XQ

Son xəbərlər