“Sağlam gələcəkdir hər ağac, hər ting”

post-img

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəyliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib. 

“Əvvəlcə “Yaşıl Dünya Naminə Həm­rəylik ili”nə həsr olunmuş videoçarx nü­mayiş olunub. Sonra şəhər icra hakimiy­yətinin başçısı İlham İsmayılov giriş nitqi ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyev ötən il dekabrın 25-də 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması ilə əlaqədar sərəncam imza­layıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prio­ritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Hə­min prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və da­yanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. 

Bildirilib ki, noyabr ayında ölkə­mizdə keçiriləcək COP29 beynəlxalq konfransında Azərbaycan iqlim dəyişikli­yinə verdiyi töhfələrini əyani şəkildə dün­ya ictimaiyyətinə çatdıracaq, bütün bun­lar ölkəmizin nüfuzunu dünyada bir daha artıracaq. Mingəçevir yaşıllığı ilə hər za­man seçilir. Şəhər əhalisi ekologiya ilində qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər. 

Təbirdə MDU-nun şöbə müdiri, do­sent Asim Məmmədov, 8 saylı Regional Ekologiya və Təbiil Sərvətlər İdarəsinin məsləhətçisi Ülkər Paşayeva, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçe­vir Təhsil sektorunun Uşaq Gənclər İnki­şaf Mərkəzinin direktoru Ədalət Quliyeva müzakirə edilən mövzu ilə bağlı fikir və təkliflərini bildiribər.

Sonra tədbir iştirakçıları Bayraq Mey­danı yaxınlığında və Şərq giriş qapısın­dakı yaşıllıq zolaqlarında müxtəlif növlü tinglər əkiblər. 

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Son xəbərlər