ABŞ Senatı Türkiyəyə “F-16” satışını əngəllədi

post-img

ABŞ Senatı Bayden administrasiyasının ötən ay təsdiqlədiyi Türkiyəyə 23 milyard dollarlıq “F-16” satışını əngəlləyəcək qanun layihəsinə böyük əksəriyyətlə (13 bəli, 79 xeyr) səs verib. Beləliklə, qanun layihəsi rədd edilib.

Türkiyə bir neçə ildir ki, “Lockheed Martin” tərəfindən istehsal edilən 40 yeni “F-16”, eləcə də mövcud parkdakı 79 döyüş təyyarəsi üçün modernləşdirmə dəstlərinin daxil olduğu satışı kilidləməyə çalışırdı.

Bir ildən çox vaxt uzatdıqdan son­ra ABŞ Dövlət Departamenti, nəhayət, Türkiyə İsveçin NATO-ya üzvlüyünü təs­diqlədiyi üçün satışı təsdiqləyib.

Senator Rand Paul “əhəmiyyətli in­san haqları problemləri, özbaşına qətl­lər, həbsdə şübhəli ölümlər, işgəncələr, əsassız həbslər və on minlərlə insanın davam edən həbsi”ni irəli sürərək satışın qarşısını almağa səs verib.

Senator səsvermədən əvvəl Senatın zalından verdiyi açıqlamada qeyd edib: “Türkiyənin son illərdəki ehtiyatsız hər­bi hərəkətlərini nəzərə alaraq, bu təklif olunan satışın mənfi strateji nəticələri ilə bağlı da dərin narahatlığım var”.

Paul oktyabr ayında ABŞ “F-16”sının Suriyanın şimal-şərqində, ABŞ birliklə­rinin terror təşkilatı PKK/YPG-yə dəstək verdiyi bölgədə Türkiyənin Pilotsuz Uçuş Aparatını (PUA) vurduğuna diqqət çəkib. 

Senatın Xarici Əlaqələr sədri Ben Cardin ötən ay “yaşıl işıq” yandırdıqdan sonra kürsüdə satışı müdafiə edib. “Mən bir neçə ay ərzində bu əməliyyatla bağlı Bayden administrasiyasının ən yüksək səviyyələri ilə yaxından məsləhətləşdim”, - deyə o bildirib.

XQ

Son xəbərlər