Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixi iclası

post-img

Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün 10-cu ildönümündə indiyə qədərki ən böyük iclas keçirilib, burada 23 ölkə iştirak etdi. 

Bunu energetika naziri Pərviz Şahba­zov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Ya­şıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib: “Bu bizə bir çox mesajlar verir. İkinci ildir ki, Azər­baycan yaşıl enerji sahəsində fəaliyyət göstərir. Bu gün, bu qədər sayda ölkə və beynəlxalq şirkətlərin iştirakı bizi sevindi­rir. Azərbaycanda Prezident İlham Əliyev sayəsində bu sahə ciddi inkişaf edir”. 

Nazir bildirib ki, bu görüş çərçivəsin­də Azərbaycanın xüsusilə dəniz küləyinin inkişaf etdirilməsi geniş şəkildə müzakirə edilib və bu istiqamətdə müqavilələr im­zalanıb.

XQ

Son xəbərlər