“WhatsApp” – daha bir qadağa

post-img

“WhatsApp” istifadəçiləri bundan sonra mesencerin gələcək versiyalarında profil fotolarının skrinşotlarını çəkə bilməyəcəklər. Belə qadağa artıq tətbiqin “Android” üçün beta versiyasında (2.24.4.25) quraşdırılıb və tezliklə o, ictimai versiyaya da şamil ediləcək.

“Vesti.ru” yazıb ki, başqa istifadəçinin profil şəklinin skrinşotu­nu çəkməyə çalışdığınız zaman bu əməliyyatın həyata keçirilə bil­məyəcəyi barədə bildiriş görünəcək. Bu tədbir tətbiqdə şəxsi məlu­matların qorunması ilə bağlıdır.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər