Gündüz yağmursuz və dumanlı, gecə isə şaxtalı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoro­logiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bu­ludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 2° şaxtadan 2°-dək isti, gün­düz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlar­da gecə 6-11°, yüksək dağlıq ərazilərdə 13-17°, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Q.QASIMOV
XQ

Ekologiya