Ürək–damar xəstələri üçün günün ən təhlükəli saatı səhərdir. Çünki səhər saatlarında trombositlərin aktivliyi artır, onlar bir-birinə yapışır. Məhz bu saatda insult və infarktların sayı artır.
Araşdırmalara görə, qanda trombositlərin fəaliyyəti orqanizmin daxili bioritmi və saatı ilə tənzimlənir. Trombositlər aktivləşəndə qanın laxtalanması prosesi də artır və nəticədə damarı tromb tuta bilir.
Hətta inkişaf etmiş ölkələrdə də infarkt və insultların çoxu səhər saatlarına təsadüf edir. Əksər hallarda axşam xəstə normal olur, səhər isə qəflətən vəziyyəti dəyişir və infarkt, ya da insult baş verir.
Alimlər səhərlər trombositlərin funksiyası ilə sirkad ritm arasındakı mexanizmi öyrənib, vəziyyəti nəzarətə almaq istəyirlər. Bu sahədə elmi tədqiqatlara başlayan alimlər düşünürlər ki, orqanizmin daxili sirkad ritminin ürək-damar xəstəliklərinə təsirinin araşdırılması günün vacib məsələsi olmalıdır.
Z.HÜSEYNLİ
XQ