15 tüfəng təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.  

Fevralın 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 15 ədəd müxtəlif markalı tüfəng, 9 patron darağı və 293 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Həmin gün əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 2 patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər