Fevralın 22-də Xankəndi şəhəri ərazisində yenə silah-sursat tapılıb. Məlumatı DİN mətbuat xidməti verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
P.ƏMİRCANOV
XQ