Avropa Komissiyasının COP29 maraqları

post-img

Avropa Komissiyası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını uğurla keçirmək üçün COP29 komandası ilə sıx əməkdaşlıq edəcək. Bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson martın 1-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı ilə bağlı Azərbaycan mətbuatına açıqlamasında bildirib. 

O, Avropa İttifaqının Azər­baycanın COP28 konfransın­da 2030-cu ilədək bərpaolu­nan enerji imkanlarını üçqat, enerji effektivliyi üzrə tədbirləri isə ikiqat artırmaqla bağlı qlo­bal öhdəliyə qoşulmasını müs­bət qarşıladığını vurğulayıb. 

Kadri Simsonun sözlərinə görə, “Yaşıl enerji” üzrə ikin­ci Məşvərət Şurasında əsas diqqət Azərbaycanda dənizdə külək və günəş enerjisi üzrə böyük imkanların, eləcə də, regional səviyyədə fiziki qarşı­lıqlı əlaqələrin və bazar inteq­rasiyasının inkişafına yönəl­diləcək. 

XQ

Son xəbərlər