Energetika naziri ABŞ-ın ekoloji layihələri ilə tanış olub

post-img

Azərbaycan və ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyası (NREL) ilə tərəfdaşlıq imkanları dəyərləndirilib və əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, energetika naziri Pərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində Denver şəhərində yerləşən NREL-də olub. Nazir bərpaolunan enerji və enerji səmərəliliyi texno­logiyalarının tədqiqatı, inkişafı, tətbiqi yolu ilə enerji trans­formasiyasında mühüm rol oynayan laboratoriyanın fəaliy­yəti ilə tanış olub. Günəş, külək, hidro, bioenerji, hidrogen, bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası sahələrində inkişaf proseslərini, yenilikləri əks etdirən tə­dqiqatlara dair təqdimatlar dinlənilib.

Daha sonra təhlükəsiz, dayanıqlı gələcək enerji sis­temlərinə səmərəli keçidi təşviq edən “Enerji sistemlərinin inteqrasiyası”, hidrogenin istehsalı, saxlanması, nəqli və isti­fadəsinə dair araşdırma və inkişaf tədbirlərini həyata keçirən “Hidrogen Tədqiqatları” və “Elmi-Texnoloji” mərkəzlərə baş çəkilib.

XQ

Son xəbərlər