“OpenAI” mətni videoya çevirəcək

post-img

Süni intellekt şirkəti “OpenAI” yeni yaratdığı “Sora” adlı texnologiyanı təqdim edib. Şirkət istifadəçilərin bir dəqiqəyə qədər video hazırlaya biləcəklərini açıqlayıb. Bildirilib ki, hazırda “Sora” hər kəs üçün əlçatan texnologiya deyil. Belə ki, “OpenAI” ortaya çıxa biləcək təhlükələrin qarşısını almaq üçün “Sora”nın əvvəlcə təyin edilmiş mütəxəssislər tərəfindən sınaqdan keçiriləcəyini diqqətə çatdırıb.

Yazılı mətni videoya çevirən süni intellekt texnologiyasının reallıq səviyyəsi bu sahədə video istehsal edən “youtuberlər”də təəccüb doğurub. Son bir neçə ildə süni intellekt texnologiyası o həddə çatıb ki, sanki, insan əmri əsasında fotoşəkillər, rəsmlər və şeirlər istehsal edə bilir. 

XQ

Son xəbərlər