FHN yanğınların qarşısını alıb

post-img

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 m² sahədə yanıb. Yanğın spndürülüb və məscidin qalan hissəsi yanğından muhafizə olunub. Məlumatı FHN mətbuat xidməti yayıb. 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Burunqovağ kəndi ərazisində də yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində 1 hektar qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə də məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər