Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi və yeri dəyişib.
Belə ki, nazir Kəmaləddin Heydərov tərəfindən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulu 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-da keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı 23 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
P.ƏMİRCANOV
XQ