Sabunçu rayonunda axtarışda olan silahlı şəxs tutulub

post-img

Sabunçu rayonunun Bilgəh qəsəbəsi sakini, axtarışda olan 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. O, daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsi 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı ələ keçirilib. Məlumatı DİN mətbuat xidməti verib. 

M.Mirzəyev Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. 

Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. 

Bundan əlavə, Sabunçu RPİ-nin 14-cu PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər