FHN köməksiz qalanları xilas edib

post-img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. Məlumatı nazirliyin mətbuat xidməti verib. 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər