Bakıda və rayonlarda yanğın baş verib

post-img

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 110 m² sahədə və dam örtüyü 140 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 1300 m² olan birmərtəbəli anbarın dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb. 

Neftçala rayonunun Xol Qarabucaq kəndində ümumi sahəsi 135 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 20 ton ot bağlaması yanıb. 

Sabirabad rayonunun Nizami kəndində ümumi sahəsi 110 m² olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanıb. 

Bütün hallarda yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər