4 evdən 16 min manatlıq oğurluq

post-img

DİN mətbuat xidmətinin məlumatına görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16 000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.İbrahimov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər