BAMF-ın yekun müşahidə açıqlaması

post-img

Beynəlxalq Avrasiya Mətbuat Fondu prezident seçkilərində müşahidəçilik fəaliyyəti ilə bağlı yekun mətbuat konfransı keçirib. 

Toplantıda qeyd edilib ki, BAMF Hi­mayəçilik Şurasının 7 yanvar 2024-cü il tarixli iclasında növbədənkənar prezident seçkilərində qurumun 50 nəfər müşahidə­çi heyəti ilə təmsil olunması ilə bağlı qərar qəbul edilib. Mərkəzi Seçki Komissiyası isə yanvarın 19-da BAMF-ın Azərbaycan əra­zisində müşahidəçilik fəaliyyəti aparmasını təsdiqləyib. Seçkiyə qədərki dövrdə BAMF bir neçə dəfə Bakıda və regionlarda müşahi­dəçi heyət üzvləri üçün təlimlər təşkil edib. 

Bildirilib ki, yerli QHT-lərin birləşdiyi “Mənim səsim - Seçki Monitorinq Koalisi­yası”, “Sivil Toplum Monitorinq Koalisiya­sı”, Milli QHT Forumu müşahidəçiləri və beynəlxalq müşahidəçi korpusu ilə təmsil olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli mü­şahidəçiləri BAMF-ın Bakı və Tərtər regio­nal ofislərində görüşlər keçirib. Seçki günü isə BAMF-ın müşahidəçilik fəaliyyəti Bakı­da baş ofisdən və Tərtər, Füzuli, Beyləqan regional qərargahlarından idarə olunmaqla, səsvermə yekunlaşanadək izlənilib. 

Daha sonra göstərilib ki, qurumun mü­şahidəçiləri, ümumilikdə, 22 dairəni əhatə edən 38 məntəqənin açılışında iştirak edib­lər: “50 nəfərlik heyətin 10 nəfəri işğaldan azad olunmuş ərazilərdə – Xankəndi, Şuşa, Füzuli, Xocalı və Ağdərə rayonlarında müşa­hidəçilik missiyasını yerinə yetiriblər. Onlar həmin rayonlarda 7 dairənin 19 məntəqəsin­də olublar. BAMF müşahidəçiləri paytaxtda 10, regionlarda 14 dairədə fəaliyyət göstərib­lər. Ümumilikdə, ölkə üzrə 32 dairənin 225 məntəqəsində müşahidəçilik missiyası həya­ta keçirilib. Müşahidəçilər seçki günü sona qədər prosesləri izləyib və məntəqələr üzrə qeydlərini aparıblar. Seçki prosesindən 1600-dən çox foto və video çəkilib”.

Mətbuat konfransında qeyd edilib ki, əvvəlki seçkilərdən fərqli olaraq, seçicilə­rin fəallığı nəzərəçarpacaq dərəcədə yük­sək olub: “Açılışında iştirak etdiyimiz 38 məntəqənin hər birində ilk dəqiqələrdən iz­diham müşahidə olunub. Səhər saatlarından başlayan izdiham 2 – 2,5 saat davam edib. Hətta bəzi məntəqələrdə seçicilərin sıxlı­ğı 5–6 saatdan çox olub. Müşahidələr onu göstərir ki, əksər məntəqələrdə 85–90 faiz qseçici fəallığı izlənilib. Məcburi köçkün qəsəbələrində və işğaldan azad olunmuş əra­zilərdə yerləşən məntəqələrdə seçici fəallığı daha yüksək olub və müşahidəçilərin qeyd­lərində öz əksini tapıb. Ümumi təəssürat belədir li, seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib. Seçicilər arasında qadınların və yaşlı təbəqənin xüsusən fəal iş­tirakı müşahidə olunub”.

Açıqlama o da vurğulanıb ki, müşahidə­çilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılıb və hər şey göz önündə olub: “Məntəqələrin açılışını, seçkinin yekunlaş­masını və səslərin hesablanmasını müşahi­dəçilər rahat, maneısiq izləyiblər. Yalnız bir məntəqədə müşahidəçilər üçün ayrılan yer seçki qutuları və səsvermə prosesindən xeyli aralıda yerləşib. Seçki prosesi zamanı seç­kilərin nəticələrinə təsir edəcək heç bir qay­da pozuntusu aşkarlanmayıb. Seçkilər son dərəcə ədalətli təşkil olunub və əvvəlki seç­kilərdən fərqli olaraq pozuntular minimum səviyyədə olub. Müşahidəçilərin qeydlərinə əsasən seçki prosesinə təsir edən yanlışlıqlara yol verilməyib”. 

Açıqlqmanın sonunda bildirilib ki, BAMF-ın müşahidəçi yekun olaraq Mərkəzi Seçki Komissiyasının fəaliyyətini seçki ha­zırlığını və təşkilatçılığı yüksək qiymətləndi­rir: “Qanun pozuntularının əvvəlki illərə nis­bətən minimuma endirilməsi isə xüsusi qeyd olunmalı haldır”.

XQ

Son xəbərlər