Füzuli – azad şəhər zəfər epopeyasına səs verəcək

post-img

“Böyük Qayıdış” proqramına uyğun olaraq Füzuli rayonuna köç davam edir. Keçmiş məcburi köçkün soydaşlarımız döğma el-obalarına böyük coşqu və sevinclə qayıdırlar. Döğma ata-baba yurdlarında məskunlaşanların ilk bir neçə gündən sonra keçiriləcək növbədənkənar prezident seçkiləri kimi siyasi əhəmiyyətli bir tarixi hadisədə iştirakları onlar üçün ən qiymətli hədiyyə olacaq. Həm hər cür infrastruktura malik mənzillər, həm də seçki bayramı. Fizulililər həmin günü böyük səbirsizliklə gözləyirlər..

Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması ar­tıq təmin edilib. Həmin sakinlərdən 1292 nəfəri səsvermə hüququ olan seçicilərdir. Onlar doğma yurdlarında ilk dəfə 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səs verəcəklər. Səsvermə işğaldan azad olunan Füzuli şəhərində 3 məntəqədə baş tutacaq. Ümumilikdə, 84 saylı Füzuli Seçki Dairəsi üzrə 54 min 457 seçici qeydə alınıb. Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcəklər.

77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər seçici Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan əra­zilərdə çalışanlardır.

Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb. Müşahi­dəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcəklər. Onların seçki prosesini rahat müşahidə etmələri üçün hər cür şərait yaradılıb.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər