Silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. 

DİN mətbuat xidmətindən verilən məlumata görə, fevralın 3-də və 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Bununla yanaşı, qanunsuz saxlanılan silah-sursat da aşkar edilərək götürülüb. Fevralın 3-4-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 2 tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 73 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər