Kəmaləddin Heydərovun rusiyalı həmkarı ilə görüşü

post-img

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində gö­rülən işlərdən danışıb, iki na­zirlik arasında fövqəladə hal­larla mübarizə üzrə mövcud sıx əməkdaşlıq münasibətlərinin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, Beynəlxalq Mül­ki Müdafiə Təşkilatının xətti ilə Azərbaycan FHN-in Akademi­yasına xüsusi trenajor komp­lekslərinin, o cümlədən bir sıra təlim-məşq avadanlıqları və laborator cihazların verilmə­sini məmnunluqla qeyd edib, göstərilən dəstəyə görə təşək­kürünü bildirib. 

General-leytenant Alek­sandr Kurenkov iki nazirlik ara­sında münasibətlərin genişlən­məsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da dərin­ləşməsinin qarşılıqlı faydasın­dan danışıb. 

Nazir A.Kurenkov, həmçi­nin Rusiya ərazisində müxtəlif vaxtlarda baş vermiş fövqəla­də hadisələr zamanı göstərilən dəstəyə görə təşəkkürünü bil­dirib. 

Yekunda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Fe­derasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fə­lakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi ara­sında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın imza­lanması mərasimi keçirilib. 

XQ

Son xəbərlər