Hər kəs səsverməni maneəsiz və fasiləsiz müşahidə edə biləcək

post-img

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev prezident seçkiləri ilə əlaqədar yan­varın 31-də komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçiriblər. 

Tədbirdə bildirilib ki, prezident seç­kilərinin yüksək səviyyədə hazırlanıb ke­çirilməsi üçün lazımi addımlar atılıb, seçki prosesinin iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılıb. Çoxsaylı yerli və beynəlxalq müşahidəçilər, media mən­subları, müxtəlif aşkarlıq institutları seçki kampaniyasında heç bir maneə olmadan, azad və sərbəst şəkildə iştirak edə bilirlər. Seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiya­larının ən son innovativ nailiyyətlərinin effektiv tətbiq olunması səsvermə günü seçki məntəqələrindəki prosesləri əvvəl­dən axıradək fasiləsiz izləməyi, arasıkə­silmədən, dolğun və əhatəli müşahidə aparmağı və beləliklə, şəffaflığı tam təmin edir. 

İşğaldan azad edilmiş regionlar da daxil olmaqla, hər bir bölgədə keçirilən prezident seçkilərində şəffaflığın yüksək səviyyədə təmin edilməsinə xüsusi diqqət yetirilib. Hazırda bütün ölkə coğrafiyası­nı əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Sözügedən veb-kameralar istər ölkə daxilində, istərsə də xaricdəki internet istifadəçilərinə səsvermə günü Mərkəzi Seçki Komissiyasının rəsmi internet sə­hifəsinə daxil olaraq heç bir qeydiyyat tələb edilmədən seçki məntəqəsindəki bütün prosesləri - səsverməni, səslərin sayılmasını və nəticələrin müəyyənləşdi­rilməsini fasiləsiz müşahidə imkanı yara­dacaq. 

XQ



Son xəbərlər