Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 51 Bakı şəhəri, 29 yanvar 2024-cü il

“Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştat­ları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin” sözləri “Dövlət peşə təhsili müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.2. preambulada “Peşə məktəbləri və peşə litseylərində” sözləri “Dövlət peşə təhsili müəs­sisələrində” sözləri ilə əvəz edilsin;

1.3. 1-ci hissədə “Peşə məktəblərinin və peşə litseylərinin” sözləri “Dövlət peşə təhsili müəssisələrinin rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisə köməkçi və xidmətedici heyətinin” sözləri ilə əvəz edilsin;

1.4. 2-ci hissə ləğv edilsin;

1.5. həmin Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları” aşağıdakı redaksiyada verilsin:

“Dövlət peşə təhsili müəssisələrinin rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisə köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları

Sıra №-si
Vəzifələrin adı
Qrupların sayından asılı olaraq ştat vahidlərinin sayı
10-dək
10-14
15-24
25 və daha çox
 
1
2
3
4
5
6
1
Direktor
1
1
1
1
2
Tədris və təlim işləri üzrə direktor müavini
1
1
1
1
3
Tərbiyə işləri üzrə 

direktor müavini
-
1
1
1
4
İnzibati-təsərrüfat işləri 

üzrə direktor müavini
-
-
1
1
5
İstehsalat üzrə menecer
-
-
-
1
6
Baş mühasib
1
1
1
1
7
Hüquqşünas
-
-
-
1
8
Baş usta
-
1
1
1
9
Keyfiyyət təminatı üzrə 

mütəxəssis
-
-
-
1
10
Kadrlar üzrə mütəxəssis
0,5
0,5
1
1
11
Mühasib
-
-
-
1
12
İqtisadçı
-
-
-
1
13
Təsərrüfat müdiri
1
1
-
-
14
Satınalma üzrə 

mütəxəssis
-
-
-
1
15
Karyera xidməti üzrə 

mütəxəssis
-
1
1
1
16
İşəgötürənlərlə iş üzrə 

mütəxəssis
-
-
1
1
17
Gənclərin çağırışaqə-

dərki hazırlıq rəhbəri
1
1
1
1
18
Fiziki tərbiyə rəhbəri
1
1
1
1
19
Psixoloq
1
1
1
1
20
Kitabxanaçı
1
1
1
1
21
Arxivçi
0,5
0,5
1
1
22
Referent
1
1
1
1
23
Anbardar
1
1
1
1
24
Binanın istismarı üzrə 

texnik
1
1
1
1
25
İT mütəxəssisi
1
1
1
1
26
Binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə
1
1
1
2
 

 

 Qeydlər: 

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 223-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əmə­yin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir.

2. Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 (bir) ştat vahidi ümumtəhsil fənləri üzrə tədris hissə müdiri vəzifəsi müəyyən edilir.

3. İlk və texniki peşə təhsili səviyyələri üzrə hər ixtisas qrupuna görə 1 (bir) ştat vahidi, “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının 3-cü hissəsində qeyd olunan halda isə 2 (iki) ştat vahidi istehsalat təlimi ustası vəzifəsi müəyyən edilir.

4. Tədrisin kredit sistemi ilə təşkil olunduğu qruplarda təhsil alan hər 100 tələbəyə görə 1 (bir) ştat vahidi tyutor vəzifəsi müəyyən edilir.

5. Hər bir inklüziv təhsil qrupuna görə 1 (bir) ştat vahidi müəllim köməkçisi vəzifəsi müəyyən edilir.

6. Tam orta təhsilin təşkil olunduğu peşə liseyləri və peşə təhsil mərkəzlərində müvafiq avadanlıqla təchiz edilmiş fizika, yaxud kimya kabineti olduqda laborant ştatı aşağıdakı qaydada müəyyən edilir:

a) tam orta təhsilverən qrupların sayı 10-19 olduqda - cəmi 1 (bir) ştat vahidi; 

b) tam orta təhsilverən qrupların sayı 20-25 olduqda - cəmi 1,5 ştat vahidi; 

c) tam orta təhsilverən qrupların sayı 26 və daha çox olduqda - cəmi 2 (iki) ştat vahidi. 

7. Yataqxana fəaliyyət göstərdiyi halda peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi komendant vəzifəsi müəyyən edilir.

8. Giriş və çıxış yolları qadın və kişi tələbələr üçün ayrı-ayrılıqda nəzərdə tutulan yataqxanada və ya qadın və kişi tələbələr üçün ayrı-ayrılıqda nəzərdə tutulan yataqxana korpuslarında həmin yataqxana sahələrinin və ya korpuslarının hər biri üçün 2 (iki) ştat vahidi yataqxana növbətçisi vəzifəsi müəyyən edilir. 

9. İşlək maşın və avadanlıqlar olduqda 1 (bir) ştat vahidi mexanik vəzifəsi müəyyən edilir.

10. İşlək vəziyyətdə olan 1 (bir) nəqliyyat vasitəsi olduqda (təlim nəqliyyat vasitələri istisna olmaqla) 1 (bir) ştat vahidi, birdən çox nəqliyyat vasitəsi olduqda isə 2 (iki) ştat vahidi sürücü vəzifəsi müəyyən edilir.

11. Tələbələrin daşınması üçün avtobus olduqda 1 (bir) ştat vahidi avtobus sürücüsü vəzifəsi müəyyən edilir.

12. Süpürülən hər 400 m2 sahəyə görə 1 (bir) ştat vahidi xadimə vəzifəsi müəyyən edilir.

13. Süpürülən hər 1,5 hektar həyətyanı sahəyə görə 1 (bir) ştat vahidi dalandar vəzifəsi müəyyən edilir.

14. Bağ və bostan da daxil olmaqla, 1,5 hektardan çox tədris-təcrübə və yardımçı təsərrüfat sahəsi, meyvə və bəzək ağacı əkilmiş yaşıl meydança olduqda 1 (bir) ştat vahidi bağban vəzifəsi müəyyən edilir.

15. Ocaqçı və binalara, avadanlıq və qurğulara xidmət, onların cari təmiri üzrə fəhlə və sobayandıran vəzifələri istilik mövsümündə aşağıdakı kimi müəyyən edilir:

15.1. mərkəzi istilik sistemi olduqda hər bir qazanxanada növbədə 1 (bir) ocaqçı vəzifəsi;

15.2. bərk və maye yanacaqla qızdırılan qazanxananın sahəsi 75 m2-dən çox olduqda növbədə 2 (iki) ocaqçı vəzifəsi;

15.3. qazla qızdırıldıqda növbədə 1 (bir), təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda növbədə 2 (iki) ştat vahidi ocaqçı vəzifəsi;

15.4. mərkəzləşmiş istilik sistemindən qızdırılan peşə təhsili müəssisələrində istilik məntəqəsi və ya elevator olduqda binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə 1 (bir) ştat vahidi fəhlə vəzifəsi, boyler və nasos olduqda isə növbədə 1 (bir) ştat vahidi fəhlə vəzifəsi;

15.5. soba ilə qızdırılan peşə təhsili müəssisələrində hər beş sobaya 0,5 ştat vahidi ocaqçı vəzifəsi.

16. Peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda, ştat cədvəlinə 3 (üç) ştat vahidi gözətçi vəzifəsi daxil edilir.

17. Peşə təhsili müəssisələrinin filialı olduqda, filial üzrə 1 (bir) ştat vahidi filial müdiri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binanın istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir.

18. Peşə təhsili müəssisələrinin korpusları əsas korpusdan fərqli rayon/şəhərdə yerləşdikdə, korpus üzrə 1 (bir) ştat vahidi korpus rəhbəri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi təd­risin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binaların istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir.

19. Peşə təhsili müəssisələrində məhsul istehsalı və ya satışı (xidmət göstərilməsi), qısa­müddətli kursların təşkili ilə əlaqədar büdcədənkənar vəsait hesabına əlavə ştatlar müəyyən edilə bilər.

20. Axşam qrupları üzrə tədrisin təşkili məqsədilə büdcədənkənar vəsait hesabına əlavə ştatlar müəyyən edilə bilər.

21. Peşə təhsili müəssisələrində ştat cədvəli hər tədris ilinin əvvəlində qrup sayına uyğun olaraq təsdiq edilir.

22. Bu nümunəvi ştatlar adambaşına maliyyələşmə mexanizminin tətbiq edildiyi peşə təh­sili müəssisələrinə şamil edilmir.”.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları