Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 49 Bakı şəhəri, 26 yanvar 2024-cü il

“Sahibkarlıq sahəsində aparılan yox­lamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azər­baycan Respublikasının Qanununda dəyi­şiklik edilməsi barədə” Azərbaycan Respub­likasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabine­tinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sahibkarlıq sahəsində apa­rılan yoxlamaların tənzimlənməsi və sahib­karların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2002-ci il 15 aprel tarixli 63 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2002, № 4, maddə 207 (Cild I) ilə təsdiq edilmiş “Atmosfer havası­nın mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “Nazirliyinin” sözü “Nazirliyi” sözü ilə, “qurumlarının” sözü “qurumları” sözü ilə, “hüquqları” sözü “aşa­ğıdakıları yerinə yetirir” sözləri ilə əvəz edil­sin;

1.2. 3.10-cu bəndə “həmçinin” sözündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 639 (Cild I) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişiklik­lər edilsin:

2.1. 11-ci hissədə “orqanlara aşağıdakı hüquqlar verilir” sözləri “orqanlar aşağıdakı­ları həyata keçirirlər” sözləri ilə əvəz edilsin;

2.2. 11.1-ci bəndə “həmçinin” sözündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 748 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət ki­tabçası” haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.4-cü bənddə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “Sahib­karlıq sahəsində aparılan yoxlamaların tən­zimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubli­kasının Qanununda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

3.2. 2.4-1-ci bəndin ikinci cümləsinə “və­zifəli şəxsi” sözlərindən sonra “xidməti və­siqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yox­lamanın aparılması haqqında qərarın surətini və” sözləri əlavə edilsin;

3.3. 2.8-ci bənddə “sahibkarlıq subyek­tində” sözləri “sahibkara və ya onun səlahiy­yətli nümayəndəsinə təqdim edilir” sözləri ilə əvəz edilsin;

3.4. 2.9-cu bənddə “qanunvericilikdə müəyyən edilmiş qaydada” sözləri “Sahib­karlıq sahəsində aparılan yoxlamaların tən­zimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubli­kası Qanununun 34-cü maddəsində nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2005-ci il 2 fevral tarixli 18 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121 (Cild I); Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 401 nömrəli və 4 noyabr tarixli 405 nömrəli qərarları) ilə təsdiq edilmiş “Elektrik ener­jisindən istifadə Qaydaları”nın 10.18.9-cu, 11.14.9-cu və 12.15.8-ci yarımbəndlərinə “xidməti vəsiqələri” sözlərindən sonra “(şəx­siyyət vəsiqəsi ilə birlikdə)” sözləri əlavə edilsin.

5. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barə­də” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2005-ci il 15 dekabr tarixli 230 nöm­rəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş “İx­rac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə­nin verilməsindən əvvəl və sonra yoxlamala­rın aparılması Qaydası”nda aşağıdakı dəyi­şikliklər edilsin:

5.1.1. 3.1.1.1-ci yarımbənd üzrə:

5.1.1.1. ikinci abzas aşağıdakı redaksiya­da verilsin:

“yoxlamanın aparılması üçün xüsusi icazə sahibi və ya onun səlahiyyətli nü­mayəndəsi iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneə­siz daxil olmasına, xüsusi icazə sahibi, onun səlahiyyətli nümayəndəsi və işçiləri yoxlayı­cıya yoxlama aparılmasına şərait yaratmağa borcludurlar;”;

5.1.1.2. üçüncü abzasa “məlumatlar” sö­zündən sonra “(sənədlər)” sözü əlavə edilsin;

5.1.1.3. dördüncü abzasa “xüsusi icazə sahibinə” sözlərindən sonra “(onun səlahiy­yətli nümayəndəsinə)” sözləri əlavə edilsin;

5.1.1.4. aşağıdakı məzmunda beşinci ab­zas əlavə edilsin:

“Yoxlama tədbirlərini həyata keçirən mü­vafiq dövlət orqanlarının vəzifəli şəxsləri və xüsusi icazə sahibləri olan sahibkarlar “Sa­hibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubli­kasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.”;

5.2. həmin Qərarla təsdiq edilmiş “İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarə­tin həyata keçirilməsi Qaydası”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2.2. Xüsusi icazə sahibi və ya onun sə­lahiyyətli nümayəndəsi iş saatları ərzində müvafiq dövlət orqanlarının nümayəndələ­rinin nəzarət aparılan obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına, xüsusi icazə sahibi, onun səlahiyyətli nümayəndəsi və ya işçiləri dövlət orqanlarının nümayəndələrinə nəzarətin aparılmasına şərait yaratmağa borc­ludurlar.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1246 (Cild I) ilə təsdiq edilmiş “Dövlət tən­zimlənməsi tətbiq olunan tariflərin (qiymət­lərin) formalaşması və tətbiqi üzərində döv­lət nəzarətinin təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Dövlət nəzarətini həyata keçirən Şuranın vəzifəli şəxsləri və subyektlər “Sa­hibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqları­nın müdafiəsi haqqında” Azərbaycan Res­publikasının Qanununda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.”;

6.2. 3.2.1-3.2.4-cü yarımbəndlər və 3.3-cü bənd ləğv edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2006-cı il 10 may tarixli 121 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2006, № 5, maddə 465 (Cild I) ilə təsdiq edilmiş “Qiymətli metalla­rın, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi hal­ları və Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 8-1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sahibkar analizin və ekspertizanın nəti­cəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şü­bhələri olduqda, öz hesabına yeni analizin və ekspertizanın keçirilməsini tələb edə bilər.”;

7.2. 9-cu hissəyə “razılaşmadıqda” sö­zündən sonra “yaxud bu Qaydaların 8-1-ci hissəsində qeyd olunan ilkin analizin və eks­pertizanın nəticəsi ilə yeni analizin və eks­pertizanın nəticəsi arasında ziddiyyət olduq­da” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 831 (Cild I) ilə təsdiq edilmiş “Qiymətli daş­ların ekspertizasının və diaqnostikasının ke­çirilməsi halları və Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 9-1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sahibkar ekspertizanın və diaqnostika­nın nəticəsi ilə razılaşmadıqda və ya bu nə­ticəyə şübhələri olduqda, öz hesabına yeni ekspertizanın və diaqnostikanın keçirilməsini tələb edə bilər.”;

8.2. 10-cu hissəyə “razılaşmadıqda” sö­zündən sonra “, yaxud bu Qaydaların 8-1-ci hissəsində qeyd olunan ilkin ekspertizanın və diaqnostikanın nəticəsi ilə yeni ekspertizanın və diaqnostikanın nəticəsi arasında ziddiyyət olduqda” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, mad­də 1016 (Cild I) ilə təsdiq edilmiş “Heyvan, heyvan mənşəli məhsullar və xammal isteh­salı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçiril­məsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.4.3-cü yarımbəndə “həmçinin” sö­zündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin;

9.2. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. Dövlət baytarlıq müfəttişi və sa­hibkarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq fəaliyyəti subyektləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sa­hibkarların maraqlarının müdafiəsi haqqın­da” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.”; 

9.3. aşağıdakı məzmunda 2.13-1-ci bənd əlavə edilsin:

“2.13-1. Dövlət baytarlıq orqanlarının vəzifəli şəxsləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq fəaliyyəti subyektlə­rində həyata keçirdikləri nəzarət və yoxla­ma zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbay­can Respublikası Qanununun 4-2.2-ci mad­dəsində nəzərdə tutulan qadağalara riayət etməlidirlər.”.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 569 (Cild I) ilə təsdiq edilmiş “Məhsul nü­munələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətlə­ri”ndə aşağıdakı dəyişikliklər edilsin:

10.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onla­rın saxlanılması, tədqiq (sınaq) edilən para­metrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yox­layıcı orqan tərəfindən ödənilir.”;

10.2. 2.3-cü və 2.6-cı bəndlərə “sahibka­ra” sözündən sonra “və ya onun səlahiyyətli nümayəndəsinə” sözləri, “sifarişli poçt gön­dərişi vasitəsilə” sözlərindən sonra isə “sa­hibkarın qeydiyyat ünvanına, sahibkar tərə­findən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana” sözləri əlavə edilsin;

10.3. 2.9-cu bəndə “yoxlayıcı orqanın qərarlarından” sözlərindən sonra “Sahibkar­lıq sahəsində aparılan yoxlamaların tənzim­lənməsi və sahibkarların maraqlarının mü­dafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 570 (Cild I) ilə təsdiq edilmiş “Yoxlama sual­larının siyahısının forması və tətbiqi Qayda­sı”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Yoxlama suallarının siyahısı yoxla­ma zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır.”;

11.2. 2.3-cü bəndə aşağıdakı məzmunda üçüncü-altıncı cümlələr əlavə edilsin:

“Yoxlama sualları aydın və birmənalı tər­tib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama sualı­nın siyahısının elə bir qiymətləndirmə siste­mi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdir­məyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır.”;

11.3. aşağıdakı məzmunda 2.11-1-ci bənd əlavə edilsin:

“2.11-1. Yoxlayıcı orqan yoxlama sual­larının hazırlanması və onun qiymətləndiril­məsi prosesinə müstəqil ekspertləri cəlb edə bilər.”;

11.4. 3.6-cı bəndə “siyahısına” sözündən sonra “müvafiq qeydlərin daxil edilməsinə səlahiyyətləndirilmiş” sözləri əlavə edilsin və həmin bənddən “(yoxlamanın rəhbəri)” sözləri çıxarılsın;

11.5. həmin Qaydaya əlavə “Yoxlama su­allarının Siyahısı”nda “bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı” sözləri “yoxla­ma obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin və “Sa­hibkarlıq fəaliyyətinə dair məcburi tələblər” adlı sütundan sonra “Əsaslanmış risklər” adlı sütun əlavə edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 742 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın­da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nə­zarəti aparılarkən, iradnamə və tələbnamələ­rin verilməsi Qaydası”nda aşağıdakı dəyişik­liklər edilsin:

12.1. 2.2.3-cü və 3.2.3-cü yarımbənd­lərdə “və hüquqi ünvanı” sözləri “, hüquqi ünvanı, təsviri və s.” sözləri ilə əvəz edilsin;

12.2. 2.5-ci və 3.4-cü bəndlərin üçüncü cümlələrinə “sifarişli poçt” sözlərindən sonra “, müəssisə rəhbəri tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvan” sözləri əlavə edilsin;

12.3. 3.7-ci bəndə “ərzində” sözündən sonra “mövcud risklərin qiymətləndirilməsi əsasında və məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsini sənədlər əsasında müəyyən et­mək mümkün olmadıqda” sözləri əlavə edil­sin;

12.4. həmin Qaydanın 1, 3, 4 və 5 nömrə­li əlavələrində “və hüquqi ünvanı” sözləri “, hüquqi ünvanı, təsviri və s.” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 74 (Cild I) ilə təsdiq edilmiş “Məhsul nümunələrinin götürülməsi Aktı”nda “sahi­bkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “sahibkarın adı və ünvanı, habelə yoxlama obyektinə dair məlu­matlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə, “Sahibkarın izahatı” sözləri isə “Sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin iza­hatı” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 75 (Cild I) ilə təsdiq edilmiş “Məhsulun tə­dqiqi (sınağı) barədə qərar”da “sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “sahibkarın adı və ünvanı, ha­belə yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231 (Cild I) ilə təsdiq edilmiş “Akvakultu­ranın həyata keçirilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə “xidməti vəsiqəni” sözlərin­dən sonra “(şəxsiyyət vəsiqəsi ilə birlikdə)” sözləri əlavə edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2151 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi­nin baytarlıq nəzarəti sahəsində icrası məc­buri olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

16.1. 2.2.2-ci yarımbənddə “(onun mü­vafiq təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “adı və ünvanı, habelə dövlət baytarlıq nəzarətində olan obyektə dair məlu­matlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin;

16.2. 3.2-ci bənddə “poçt vasitəsi ilə (bildirişlə)” sözləri “sifarişli poçt göndərişi vasitəsilə hüquqi və fiziki şəxsin qeydiyyat ünvanına, fiziki və hüquqi şəxs tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana” sözləri ilə əvəz edilsin; 

16.3. həmin Qaydanın 1 və 2 nömrəli əlavələrinə “yerləşdiyi və ya saxlanıldığı ün­van” sözlərindən sonra “, təsviri və s.” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları