Ədliyyə Nazirliyində kollegiya iclası

post-img

Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə ötən ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib. 

İclasda ədliyyə fəaliyyətinin təkmilləş­dirilməsi ilə bağlı görülən tədbirlər ətraflı təhlil olunaraq məlumat verilib ki, vətən­daşların müraciətlərinə qayğı və həssas­lıqla yanaşılaraq 19 mindən çox vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qay­dada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

2023-cü ildə Azərbaycan Respubli­kası Prezidentinin fərman və sərəncam­larının, qanunların qəbul olunduğu vur­ğulanaraq nazirlik tərəfindən 5700-dək hüquqi akt layihəsinin hazırlandığı və ya ekspertizadan keçirildiyi, bu zaman sui-istifadəyə, hüquqi qeyri-müəyyənliyə yol verilməməsi, habelə insan hüquqla­rının təminatı, digər qanunvericilik akt­larına və beynəlxalq hüquqi sənədlərə uyğunluğu məsələlərinə xüsusilə diqqət yetirildiyi bildirilib. Qeyd olunub ki, 3000-dən çox sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, milli qanunverici­liyin e-qanun.az vahid elektron resursun­dan bəhrələnənlərin sayı 50 faiz artaraq 5 milyona çatıb.

İclasda 5,2 milyon notariat hərəkəti­nin, 290 min vətəndaşlıq vəziyyəti aktının rəsmiləşdirildiyi bildirilib. Nikahların sayı 54 mini, doğum halları 113 mini ötüb. No­tariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyona yaxın vəsait dövlət büdcəsinə köçürülüb.

Nazirliyin əhaliyə təqdim etdiyi elekt­ron və mobil xidmətlərin tətbiqi genişlən­dirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə sayı 3 milyona, “Mobil notariat” is­tifadəçilərinin sayı isə 2 dəfə artaraq 900 minə çatıb. 

Eyni zamanda nazirliyin innovativ məhsulu olan “ƏNTEZ” (Ədliyyə Nazirli­yinə Təcili Elektron Zəng) xidmət platfor­masının vətəndaşlara eyni vaxtda müxtə­lif ədliyyə xidmətlərinin göstərilməsində əhəmiyyəti qeyd olunub. 

Kollegiyada məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən danışılıb, həya­ta keçirilən tədbirlər nəticəsində 2023-cü ildə icrası təmin edilən işlərin sayının 10 faizdən çox artaraq 570 minə yaxın sənə­din icrasının təmin edildiyi qeyd olunub.

Azadlıqdan məhrumetməyə alter­nativ cəzaların icrası diqqətdə saxla­nılaraq hazırda 5200-dən artıq məh­kuma elektron nəzarət vasitəsi tətbiq edildiyi bildirilib, dövlətimizin huma­nist siyasətinin təzahürü olaraq ulu öndər Heydər Əliyevin 100 illiyi müna­sibətilə imzalanmış müstəqillik tariximi­zin ən böyük əfv aktı ilə 801 məhkumun azadlıqdan məhrum etmə və digər cəza­lardan azad edildiyi vurğulanıb. 

Bundan əlavə, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq ötən il hüquqi yardım, ekstradisiya və digər məsələlərlə bağlı 24 mindən artıq sorğu­nun icrasının təmin edildiyi diqqətə çatdı­rılıb.

Görülmüş işlərlə yanaşı, qarşıda du­ran vəzifələr müzakirə edilib, insanlara qayğılı münasibət göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, şəffaflı­ğın artırılması, nizam-intizama, etik dav­ranış qaydalarına dönmədən riayət olun­ması ilə bağlı və digər konkret tapşırıqlar verilib.

XQ

Son xəbərlər