Daşkənddə gənclik konserti

post-img

Fevralın 2-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi ilə Daşkənddə tədbir və konsert proqramı təşkil ediləcək.

Mədəniyyət Mərkəzindən bil­dirilib ki, tədbirdən əvvəl ziyarətçilərə “Zəfərə gedən yol” adlı fotosərgi təqdim olunacaq.

Özbəkistanda­kı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasında təşkil olunacaq konsert­də Azərbaycandan dəvət olunmuş beynəlxalq müsabiqələrin laureatları – gənc müğənnilər Kənan Qədimov və Aynur İsgəndərli, habelə mərkəzin “Azərbaycan” adlı rəqs ansamblının çıxışı nəzərdə tutulub.

Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilən 2 Fevral – Gənclər Gününü artıq qalib ölkənin qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

XQ

Son xəbərlər