XRİTDX-də hesabat müşavirəsi

post-img

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

İclası Xidmət rəisi, general-leytenant İlqar Musayev açaraq 2023-cü ilin ölkə­mizdə “Heydər Əliyev İli” olması ilə əlaqə­dar il ərzində qurum tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edil­miş tədbirlərin yüksək səviyyədə həyata keçirildiyi haqqında məlumat verib.

Xidmət rəisi 2023-cü ildə dünyada gedən mürəkkəb ictimai-siyasi proses­lərdən, Ali Baş Komandan İlham Əliyevin apardığı uzaqgörən və çoxsahəli siyasə­ti nəticəsində son illərdə ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi haqqında məlumat verib. İ.Musayev fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ope­rativ idarə olunmasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmə­tinin rolu, struktur bölmələrinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, şəx­si heyətin seçkilərə hazırlıq vəziyyəti və digər aidiyyəti məsələlər barədə ətraflı danışıb.

Müşavirədə Azərbaycan Respublika­sı Prezidentinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinin inkişafına xüsusi diqqət və qayğısı qeyd olunub və bunların nəticəsi olaraq hesabat ili ər­zində aidiyyəti sahə üzrə bir sıra önəmli sərəncam və fərmanların verildiyi, müva­fiq qərarların qəbul edildiyi bildirilib.

Müşavirədə Xidmətin struktur bölmə rəhbərləri fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat məruzələri ilə çıxış edib­lər. Məruzələrdə hesabat dövründə Xü­susi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycanın dövlət orqanlarının xüsusi dövlət rabitə­si, hökumət rabitəsi, xüsusi təyinatlı in­formasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, dövlət qurumlarının informasiya resurslarının in­formasiya təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Xidmət tərəfindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən döv­lət qurumlarının “Azstatenet” şəbəkəsinə qoşulması və dayanıqlı rabitə vasitələri ilə təmin edilməsi barədə məruzələr edi­lib.

Sonda mövcud nöqsanlar və onların həlli yolları, cari il ərzində həyata keçirilə­cək tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı müzakirələr aparılıb.

Son xəbərlər