Fövqəladə Hallar naziri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyib

post-img

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanvarın 26-da Hacıqabul şəhərində, Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında rayonun və Şirvan şəhəri sakinlərinin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirli­yinin (FHN) mətbuat xidmə­tindən verilən məlumata görə, əvvəlcə nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hacıqabul şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qo­yub, əziz xatirəsini dərin ehti­ramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərinin müraciətlə­rinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlər­lə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görül­məsi barədə nazirliyin aidiyyə­ti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qə­bul edib. Qəbula gələn vətən­daşlar onların müraciətlərinə yerində və operativ yanaşıl­ması üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ifadə ediblər.

XQ

Son xəbərlər