Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası

post-img

Qarabağ Dirçəliş Fondunun (QDF) Müşahidə Şurasından bildiriblər ki, iclasda Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatları Tural Gəncəliyev və Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Xalq artisti Alim Qasımov, eyni zamanda, fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

Əvvəlcə Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Şuranın üzvü, ekologi­ya və təbii sərvətlər naziri Muxtar Baba­yevi cari ilin noyabrında ölkəmizdə keçi­riləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu sessiyasının (COP29) prezidenti seçilməsi münasibətilə Şura üzvləri adından təbrik edib, sözügedən tədbirin yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib. 

Qeyd olunub ki, bu cür nüfuzlu təd­birin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi dövlətimizin növbəti qələbəsidir.

Daha sonra Şuranın sədri gündəlikdə yer alan Fondun cari il üzrə büdcəsinin təsdiq olunması, bərpa və yenidənqurma işlərinə maliyyə dəstəyinin göstərilməsi qaydalarının təkmilləşdirilməsi, kənar au­ditorun təsdiqlənməsi və digər məsələləri müzakirəyə çıxarıb.

Fondun İdarə Heyətinin sədri Rəh­man Hacıyev Müşahidə Şurasına bunun­la bağlı ətraflı məlumatı verib.

Qeyd edək ki, müzakirə olunan bütün məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub.

Şura üzvləri Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri ilə bağlı razılıqlarını ifadə edib, İdarə Heyətinin sədrinə müva­fiq tapşırıqlar veriblər.

XQ

Son xəbərlər