Hikmət Hacıyev və Fəxrəddin Altun media sahəsində əməkdaşlığı müzakirə ediblər

post-img

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Bu barədə F.Altun “X”də yazıb.

O bildirib ki, Türkiyə və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizə­də əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir:

“Bundan sonra da media və kom­munikasiya sahəsində əməkdaşlığımı­zı gücləndirəcək, beynəlxalq müstə­vidə iki dost və qardaş ölkə olaraq həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik”.

XQ

Son xəbərlər