Ombudsmanın 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatı

post-img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatından daxil olan bə­yanatda bildirilir: “Azərbaycanın şanlı ta­rixində həm faciəli, həm də qəhrəmanlıq sə­hifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Er­mənistanın təcavüzkarlıq siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənmə­sinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törətmişdir.

İnsanlıq əleyhinə törədilmiş ən ağır ci­nayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.

Ulu öndər Heydər Əliyev hər zaman ol­duğu kimi, həmin çətin gündə də xalqının yanında olmuş, insanlıq əleyhinə törədilmiş bu cinayətin dünyaya çatdırılması məqsədilə 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə ölkəmizin Moskva şəhərindəki nümayəndə­liyində mətbuat konfransı keçirmiş, keçmiş SSRİ rəhbərliyini bu hərbi müdaxilə ilə bağ­lı pisləyən kəskin bəyanatla çıxış etmişdir. Hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu cinayətə siyasi-hüquqi müna­sibət bildirilmiş, 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan olunmuşdur.

Mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıq­la törədilmiş bu hərbi təcavüz nəticəsində beynəlxalq hüququn insan hüquq və azad­lıqlarına hörmət olunması prinsipi, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannamə­sinin, “Mülki və siyasi hüquqlar haqqın­da” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.

Beynəlxalq təşkilatlara və dünya icti­maiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməmişlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili olaraq, beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və in­san hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiy­mət verməyə, təqsirkar şəxslərin ədalət mü­hakiməsi qarşısında cavab vermələri məqsə­dilə qətiyyətli addımlar atmağa çağırıram”.

Son xəbərlər