20 Yanvar faciəsinin ildönümünə paytaxtda hazırlıq

post-img

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paytaxt Bakıda hazırlıqlara başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz dördüncü ildönü­mü ilə bağlı hazırlıq işləri görülür. 

Qeyd edilib ki, həmin ərazi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarə­tindədir. Ənənəvi olaraq xiyaban ərazi­sində müxtəlif rəngli qərənfillərdən xü­susi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizay­nerləri cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların bu­daqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. 

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

XQ



Son xəbərlər