Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edib

post-img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. 

Yanvarın 16-da Baş prokuror Kamran Əliyev Beyləqan rayon pro­kurorluğunun inzibati binasında Beyləqan, Ağcabədi, Füzuli, İmiş­li, Laçın, Xocavənd rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldıl­mış abidəsini ziyarət edərək əziz xa­tirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 71 nəfər vətəndaşın mü­raciətində konkret cinayət işlərinin is­tintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmə­də baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial prob­lemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyə­ti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşla­rın müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət da­şıdığını diqqətə çatdırıb.

XQ

 

Son xəbərlər