Seçki mübahisələri mövzusunda seminar-müşavirələr keçirilir

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə genişmiqyaslı maarifləndirmə layihələrini davam etdirir.

Mərkəzi Seçki Komissiyasının ma­arifləndirmə proqramına uyğun olaraq, yanvarın 8-dən etibarən növbəti tədbir­lərə – Ali Məhkəmə və apelyasiya məh­kəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qay­dasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.

Layihənin açılışı və ilk seminar-mü­şavirə yanvarın 8-də Bakı şəhərində Hilton hoteldə Mərkəzi Seçki Komis­siyasının sədri Məzahir Pənahovla Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun giriş nitqləri ilə başlayıb.

Sonra gündəliyə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası, Ali Məh­kəmə və Bakı Apellyasiya Məhkəməsi­nin məsul vəzifəli şəxsləri Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının po­zulması ilə əlaqədar şikayət və müra­ciətlərin seçki komissiyalarına verilmə­si və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Mərkəzi Seçki Komissiyasının üzv­ləri və Katibliyin aidiyyəti struktur böl­mələrinin əməkdaşları, region üzrə apelyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyaları sədrləri­nin iştirak etdiyi seminar-müşavirənin sonunda seçki mübahisələrinin məh­kəmə qaydasında həllinə dair müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, sözüge­dən layihənin reallaşdırılmasında baş­lıca məqsəd qarşıdan gələn seçkilərin yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən bütün işlərlə yanaşı, seçki mü­bahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlu­matlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərə­liliyinin artırılması, eləcə də vətəndaş­ların seçki hüquqlarının daha effektiv təmin olunmasıdır.

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan semi­nar-müşavirələrin növbəti mərhələsinin yanvarın 10-da Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələ­rinin dairə seçki komissiyalarını əhatə etməklə keçirilməsi nəzərdə tutulur.

XQ



Son xəbərlər