Azərbaycanda 6,3 milyon seçicinin siyahısı hazırdır

post-img

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bu barədə jurnalistlərə müsahibəsində deyib.

R.Qasımov bildirib ki, onlar əsas seçicilər siyahısına daxil olanlardır: “Ümid edirəm ki, seçicilərin məlumat­larını yoxlanılması üçün təqdim edilən imkanlar seçici sayının daha da artma­sına imkan verəcək”.

O bildirib ki, “ASAN xidmət” se­çicilərin yaxınlaşıb öz məlumatlarını yoxlaması üçün bir məkana çevriləcək: “Artıq “ASAN xidmət" mərkəzlərində seçicilərin adlarını seçici siyahılarında yoxlaması üçün yeni bir imkan təqdim olunur. Mərkəzi Seçki Komissiyası ilə “ASAN xidmət”in birgə layihəsi olan innovativ həll bir neçə gündür fəaliyyət göstərir. Adlarını həmin sistemdə yox­layan seçicilər bununla bağlı bizə mə­lumat verirlər. Biz də sistemin bu qədər sərbəst, səlis, hətta mükəmməl olması­nın canlı şahidi olduq”.

MSK-nın hər zaman informasi­ya-kommunikasiya texnologiyalarının mütərəqqi innovativ imkanlarından bəh­rələnməyə çalışdığını deyən R.Qası­mov bildirib: “Belə imkanlar baxımından “ASAN xidmət” nəinki Azərbaycanda, eyni zamanda, bütün dünyada öz dəst xətti ilə seçilən qurumdur. Biz də “ASAN xidmət” imkanlarından, mütərəqqi inno­vasiyalardan istifadə etməyə çalışdıq. İndiyədək “ASAN xidmət”lə müxtəlif la­yihələr çərçivəsində bir araya gəlmişik, bundan sonra da müxtəlif layihələrdə yaxından əməkdaşlıq edəcəyik”.

R.Qasımov seçicilərin öz adlarını seçici siyahısında yoxlamaq üçün təq­dim edilən digər ənənəvi məkanlar da olduğunu bildirib: “Seçicilər, eyni za­manda, dairə və məntəqə seçki komis­siyalarına baş çəkə, MSK-nın Qaynar xəttinə, internet səhifəsinə müraciət edə bilərlər. Səsvermə gününə 25 gün qalanadək seçicilər bütün vasitələrdən istifadə etməklə öz məlumatlarını yox­laya bilərlər. Onları bütün bu imkanlar­dan yararlanmağa dəvət edirəm”.

XQ

Son xəbərlər