Seçki marafonu: Saxta malumatlara inanmayın

post-img

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə açıqlama yayıb.

Açıqlamada deyilir: “Bir sıra sosial şəbəkə seqmentlərində Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onla­rın adından həqiqətə uyğun olmayan məlumatlar yayılır. 

Seçkilər ərəfəsində bu tipli fəaliy­yət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasi­yasını ləkələməyə yönəlmiş addım­dır. İctimaiyyəti belə yalan və təxribat xarakterli paylaşımlara inanmamağa, yalnız prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin rəsmi açıqlamalarını və onların sosial media hesablarında yerləşdirilmiş məlumatları əsas götür­məyə çağırırıq. 

Azərbaycan vətəndaşlarını, jurna­listləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düş­məmək üçün sayıq olmağa səsləyirik. 

Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.

XQ

Son xəbərlər