Azərbaycan səfiri etimadnaməsini Hindistan Prezidentinə təqdim edib

post-img

Azərbaycanın Hindistana yeni təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini Hindistan Prezidenti Droupadi Murmuya təqdim edib.

Səfirlikdən XQ-ə bildiriblər ki, təqdimetmə mərasimi Nyu Dehli şəhərindəki “Raştrapati Bhavan” adlanan Prezident Sarayında keçirilib.

Mərasimdən sonra keçirilən görüşdə səfir E.Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Droupadi Murmuya çatdırıb.

Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən xanım Droupadi Murmuya öz növbəsində onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər