Bayden Trampın Kapitoliyə hücumda iştirak etdiyini bildirib

post-img

6 yanvar 2021-ci ildə baş verən Vaşinqtonda Kapitoliyə hücumun səbəbi Donald Trampın zəngləri və yalan ifadələri olub. Gazeta.ru xəbər verir ki, bu sözləri Pensilvaniya ştatında ABŞ-ın hazırkı prezidenti Co Bayden deyib.

“Donald Trampın yalanları ucbatından 140-a yaxın polis əməkdaşı yaralanıb (...), onun yalanları kütləni Vaşinqtona gətirib”, -Bayden deyib.

Qarşıdurmanın səbəbləri ilə bağlı fikirlərini açıqlayan Co Bayden 2020-ci ildə prezident seçkilərində qalib gəldiyini, Trampın isə uduzduğunu, lakin bunu etiraf etmək istəmədiyini bir daha vurğulayıb.

Bayden və Trumpın bu mövzuda tamamilə əks fikirləri var və hər ikisi vaxtaşırı bir-birlərini “üsyançı” adlandırırlar.

S.ELAY

XQ

Dünya