Azərbaycan–Rusiya Birgə Komissiyasının 25-ci görüşü

post-img

Rusiya Federasiyası Dağıstan Respublikasının ərazisində “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının 25-cü görüşü olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, görüş Azərbay­can-Rusiya Birgə Komissiyasının Azər­baycan tərəfindən həmsədri, Azərbay­can Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin və komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiya­sının Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə keçirilib. 

İclasda səhmdar cəmiyyətin, Ekologi­ya və Təbii Sərvətlər Nazirliyinin, Fövqə­ladə Hallar Nazirliyinin, İqtisadiyyat Na­zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüşdə Samur çayının su ehtiyatları­nın iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbir­lər barədə protokol imzalanıb.

XQ

Son xəbərlər